Kubarsi hər kəsi qabaqladı

İspaniya millisinin 19 yaşlı müdafiəçisi Pau Kubarsi 2026-cı il dünya çempionatında nümayiş etdirdiyi ötürmə dəqiqliyi ilə hamını heyran qoyub. Gənc futbolçu turnirin startında inanılmaz statistikaya imza atıb.

Newsport.az xəbər verir ki, bu barədə "Sofa Score" statistika portalı məlumat yayıb.

Kubarsinin Səudiyyə Ərəbistanına 4:0 hesabı ilə qalib gəldikləri oyunda ötürmə dəqiqliyi 99% təşkil edib. Meydanda tam 90 dəqiqə qalan müdafiəçi etdiyi 99 ötürmədən 98-ni dəqiq ünvanlayıb.

Gənc oyunçu ilk turda Kabo-Verde ilə matçda da oxşar performans göstərərək 109 ötürmədən 107-sini dəqiq yerinə yetirmişdi.

Bu o deməkdir ki, ispan müdafiəçinin dünya çempionatının ilk iki oyunundakı ümumi ötürmə dəqiqliyi 98,55%-dir. Bu göstərici cari turnirdə ən azı 50 ötürmə edən bütün futbolçular arasında ən yüksək nəticədir.

Qeyd edək ki, İspaniya yığması iyunun 27-də qrup mərhələsinin üçüncü turu çərçivəsində Uruqvayla qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right