"Çelsi"nin hücumçusu "Nyukasl"a keçə bilər

"Nyukasl" hücum xəttini yeeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas hədəfi "Çelsi"də çıxış edən Liam Delapdır. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

London klubu ingiltərəli forvard üçün 40 milyon avro tələb edir. "Nyukals" bu məbləği ödəsə, 23 yaşlı futbolçunu heyətinə qata bilər.

Qeyd edək ki, "Çelsi" Liam Delapı 2025-ci ilin yayında "İpsviç  Taun"dan 35,5 milyon avroya transfer edib. O, 2025/26 mövsümündə "mavilər"in heyətində meydana çıxdığı 41 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right