İspaniya La Liqasının yeni mövsümündə iştirak edəcək sonuncu komandanın adı dəqiqləşib.
Newsport.az xəbər verir ki, həmin vəsiqənin sahibi isə "Malaqa" olub.
Əndəlusiya təmsilçisi 8 illik fasilədən sonra Primeroya geri qayıdıb.
Bu komanda pley-off mərhələsinin finalında "Almeriya"ya 2:1 qalib gəlib.
Qeyd edək ki, "Malaqa"dan əvvəl "Rasinq" (Santander) və "Deportivo" yüksək liqaya vəsiqə qazanmışdı.