“Tottenhem” “Vest Hem”in yarımmüdafiəçisi Mateuş Fernandeşlə maraqlanır.
Newsport.az “The Athletic”ə istinadən xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Roberto De Zerbi Mateuşun transferində əsas maraqlı adamdır.
O, “Vest Hem”in futbolçusunu sərəncamında görmək istəyir. 21 yaşlı futbolçunun transferində “Mançester Yunayted” də maraqlıdır. O, başa çatan mövsümdə 42 oyunda meydana çıxıb, beş qol vurub və beş məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqavilə müddəti 2030-cu ilin yayına qədərdir. Portuqaliya millisinin üzvünün transfer dəyəri 50 milyon avrodur.
“Sportinq”, “Eştoril” və “Southempton”da oynamış Mateus 2025-ci ildən “Vest Hem”in formasını geyinirdi.