“Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos, İngiltərə millisinin və “Bayern”in hücumçusu Harri Keyn barədə danışıb.
Newsport.az xəbər verir ki, almaniyalı keçmiş futbolçu “Bild” nəşrinə açıqlamasında Keyni dünya səviyyəli hücumçu kimi dəyərləndirib:
“Keynin hazırda həm ayaqla, həm də başla zərbələrdə dünyanın ən yaxşı hücumçu keyfiyyətlərinə sahib futbolçulardan biri olduğunu düşünürəm. O, topdan çox yaxşı istifadə edir. İngilislər belə davam etsələr, dünya çempionatında yüksək yerlər uğrunda mübarizə aparacaqlar”.
İngiltərə millisi 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Xorvatiya yığmasını 4:2 hesabı ilə məğlub edib. Keyn bu oyunda iki qol vuraraq, komandasının qələbəsində əsas rol oynayıb.
İngiltərə millisinin növbəti oyunu iyunun 23-də Qana yığmasına qarşı olacaq.