“Araz-Naxçıvan” növbəti legioneri heyətinə qatmağa hazırlaşır.
Newsport.az xəbər verir ki, Naxçıvan təmsilçisi Alberto Fernandezin keçidini həll edib. Premyer Liqa klubu 26 yaşlı yarımmüdafiəçi ilə danışıqları müsbət yekunlaşdırmağı bacarıb.
Yaxın günlərdə onun keçidi rəsmi olaraq açıqlanacaq. O, başa çatan mövsümü Kipr çempionatında yarışan "Akritos"da keçirib. Onunla 1+1 illik müqavilə imzalanacaq.
Onun müqavilə müddəti ötən ayın sonunda başa çatıb. “Real”ın yetirməsi olan Alberto “Real Madrid Kastilya”, “Fuenlabrada”, “Mursia”, “Sabadell”, “Rayo Mayadahonda”, “Omoniya 29 may” klublarında çıxış edib. Fernandez həmçinin İspaniyanın U-19 yığmasının şərəfini qoruyub.
Sportal.az