İngiltərə millisinin vingeri Bukayo Saka zədə səbəbindən komandanın son məşqini buraxıb.
Newsport.az xəbər verir ki, "Mirror" nəşrinin məlumatına görə, “Arsenal”ın futbolçusu axilles vətərindəki problemə görə Kanzas-Sitidə keçirilən hazırlıq prosesində iştirak etməyib. İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Sakanın Qana ilə oyuna start heyətində çıxmaq ehtimalının aşağı olduğunu bildirib:
"Bukayo hazırdır və getdikcə daha da yaxşı olacaq. Düşünürəm ki, qrupdakı son oyuna qədər tam hazır vəziyyətə gələcək".