"Dnepr" "Rəvan"ın sabiq qapıçısını bəyənmədi

Ukraynanın "Dnepr" klubu "Rəvan"ın sabiq qapıçısı Konstantin Maxnovskidən imtina edib.

Newsport.az-ın məlumatına görə,o, paytaxt klubundan ayrılandan sonra Dnepropetrovsk təmsilçisində baxışda idi.

Amma məşqçilər korpusu 27 yaşlı futbolçunun hazırlıq səviyyəsindən razı qalmayıb. Bu üzdən də onun göndərilməsinə qərar verilib.

Xatırladaq ki, Maxnovski mövsümün əvvəlini "Rəvan"da keçirib. Amma klubdakı maliyyə problemləri onun da ölkəmizi tərk etməsinə səbəb olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right