Dövrlərarası fasilədə "Qarabağ”dan ayrılan braziliyalı futbolçu Çumbinyonun yeni klubu rəsmən bəlli olub.
Newsport.az saytının məlumatına görə, "sambaçı” karyerasını Yunanıstanda davam etdirəcək. 29 yaşlı yarımmüdafiəçi "Atromitos” klubu ilə münasibətlərini rəsmiləşdirib.
Bu barədə klubun rəsmi saytı məlumat verilib. Belə ki, oyunçu "Atromitos”la 1 il + aylıq müqavilə imzalayıb. O, yeni klubunda 86 nömrəli forma altında çıxış edəcək.