Xəbər verdiyimiz kimi, "Qarabağ”dan ayrılan futbolçu Marinaldo Çiçero da Silva Yunanıstanın "Atromitos” klubu ilə münasibətlərini rəsmiləşdirib.
Newsport.az-ın məlumatına görə,29 yaşlı futbolçu sabiq komandasına qayıtması ilə bağlı klubun rəsmi saytına açıqlama verib. 29 yaşlı futbolçu komandasının uğur qazanması üçün əlindən gələni edəcəyini vurğulayıb:
"Mən bu komandaya sevinərək qayıtdım. Çünki komanda bir dəfə Çempionlar Liqasında oynayıb və yeni nəfəs gətirib. Bu yarışla bağlı gözəl təəssüratlarım var. Bundan əlavə hara gəldiyimi bilirəm və buranı özüm üçün doğma yer hesab edirəm. Klubun nümayəndələrinə, prezidentə və məşqçiyə təşəkkür etmək istəyirəm. Çünki müzakirələrə başladığımız andan onların mənə inandıqlarının fərqinə vardım. Çox yaxşı bilirəm ki, komanda qorxusuz futbol oynayır, liqada yüksək yerlərə can atır. Olanları artıq dəyişə bilmərik. Edə biləcəyimiz isə komandada atmosferi dəyişmək və çempionatda və kubokda bacardığımız qədər yüksək nailiyyət qazanmaqdır. Buna buna görə də üzərimə düşən işləri görəcəyəm. Bütün azarkeşlərin dəstəyini arxamızda hiss etmək istəyirik”.
Qeyd edək ki, Çumbinyo məhz "Atromitos”dan 2013-cü ildə "Qarabağ”a transfer olunmuşdu.