Van Qal jurnalistlərdən narazıdı: “Məni ikinci dəfə komandadan göndərdiniz”

"Mançester Yunayted”in baş məşqçisi Lui Van Qal  komandandan  göndərilməsi iləbağlı yayılan xəbərlərə münasibət bildirib. 

Newsport.az-ın məlumatına görə, İngiltərə mətbuatına danışan hollandiyalı mütəxəssis komandadan göndərilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. 
Mütəxəssis yayılan xəbərlərin  şaiyə olduğunu bildirib: "Karyeram  boyu belə halla rastlaşmamışdım. Siz jurnalistlər özünüzdən bir şeylər uydurub sonra da bu suallarınızı mənə ünvanlayırsız. Yalan xəbərlərinizlə məni ikinci dəfə "Mançester Yunayted”dən göndərdiniz.  Amma mən yenə "Mançester Yunayted”in baş məşqçisiyəm.”
Qeyd edək ki, "Mançester Yunayted” Premyer Liqada geridə qalan 23 tur ərzində 37 xal toplamağı bacarıb.”Qırmızı şeytanlar” lider "Lester”də 10 xal geridə qalır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right