Klopp “axmağam” dedi, üzr istədi

Dortmund “Borussiya”sı və “Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp, Almaniya millisinin çalışdırıcısı Yulian Naqelsmanndan üzr istəyib.

Almaniyalı mütəxəssis daha əvvəl canlı yayımda Naqelsmannın hələ də dünya çempionatı üçün əsas heyəti müəyyənləşdirməyə çalışdığını bildirmişdi.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Klopp, Almaniya və Kurasao yığmaları arasında keçirilən qarşılaşmadan sonra bu sözlərinə görə milli komandanın çalışdırıcısından üzr istəyib:

“Bir şeyi anladım: birisi gün 59 yaşım tamam olacaq, amma mən hələ də axmağam. Nə edirsinizsə edin, biz tamamilə sizin tərəfinizdəyik”.

Almaniya millisi Kurasao üzərində 7:1 hesablı inamlı qələbə qazanıb. Komandanın növbəti rəqibləri Ekvador və Fil Dişi Sahili yığmaları olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right