“İranı dünya çempionatında təmsil etdiyim üçün qürur duyuram”

İran millisinin baş məşqçisi Əmir Qalenoi 2026-cı il dünya çempionatında komandasının ilk oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis İranı dünya çempionatında təmsil etməkdən qürur duyduğunu bildirib:

“İranı dünya çempionatında təmsil etdiyim üçün qürur duyuram. Ümid edirik ki, futbol hər kəsə yalnız müsbət emosiyalar bəxş edəcək və insanları bir-birinə daha da yaxınlaşdıracaq. Ölkəyə girişlə bağlı müəyyən problemlər yaşadıq, ancaq buna baxmayaraq, burada olmaqdan məmnunuq. Biz çətin anlardan fayda çıxarmağı bacaran insanlarıq. Hazırda bütün fikirlərimiz yalnız futbola yönəlib”.

Şimali Amerikada keçirilən 2026-cı il dünya çempionatının qrup mərhələsində İran millisi Misir, Belçika və Yeni Zelandiya yığmaları ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right