Almaniya yığması Braziliyanı geridə qoydu yeni rekord

Almaniya yığması dünya çempionatları tarixində vurulan qolların sayına görə yeni rekorda imza atıb.

Newsport.az xəbər verir ki, Julian Naqelsmannın rəhbərlik etdiyi Almaniya millisi Kurasao yığması üzərində 7:1 hesablı qələbə qazanaraq ümumi qol sayını 239-a çatdırıb.

Beləliklə, almanlar Braziliya millisini bir qol qabaqlayaraq dünya çempionatları tarixinin ən məhsuldar komandası olublar. Braziliyanın hesabında 238 qol var.

Almaniya millisi bu göstərici ilə mundial tarixində daha bir əlamətdar nailiyyət əldə edib və turnirin ən uğurlu komandalarından biri statusunu bir daha təsdiqləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right