İngiltərə Premyer Liqasında mübarizə aparan "Kristal Pales”in yeni transferi Emanuel Adebayor maraqlı aççıqlaması ilə diqqətləri yenə öz üzərinə çəkib.
Newsport.az-ın məlumatına görə, Toqo milli komandasının üzvü yeni komandası haqqında məlumatının olmadığını bildirib:
"Yeni komandamı tanımıram. "Kristal Pales” haqqında çox məlumatım yoxdur. Amma öyrənmək hər aman yaxşıdır. "Google” axtarış sistemində komanda haqqında məlumat əldə edəcəyəm.”
Qeyd edək ki, 31 yaşlı hücumçu "Tottenhem”dən qovulduqdan sonra uun müddət klubsuz qalmışdı.