Dünya çempionu 86 yaşında vəfat etdi

Braziliya futbolunun əfsanərindən olan Brito 86 yaşında vəfat edib.

Newsport.az xəbər verir ki, Brito Braziliya millisinin heyətində 61 oyun keçirib və 1970-ci ildə dünya çempionu olub. O, həmin mundialda Braziliyanın keçirdiyi bütün matçlarda iştirak edərək komandanın uğurunda mühüm rol oynayıb.

Müdafiəçi daha çox "Vasko da Qama"dakı çıxışı ilə tanınıb. O, bu klubun formasını 1955-1959 və 1960-1969-cu illərdə geyinib.

Bundan əlavə, Brito karyerası ərzində "Flamenqo", "Kruzeyro", "Botafoqo", "Korintians" və "Atletiko Paranaense" kimi klublarda da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right