Almaniya millisinin üzvü MLS klubuna keçir

"Bavariya" ilə müqaviləsi başa çatan Leon Qoretska karyerasını ABŞ-də davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Çikaqo Fayr" almaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

MLS təmsilçisi artıq Almaniya millisinin üzvü ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Leon Qoretska 2018-ci ilin yayından "Bavariya"da çıxış edirdi. 31 yaşlı futbolçu 2025/26 mövsümündə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right