Levandovski transfer danışıqları aparmaq üçün bu ölkəyə yollandı

"Barselona" ilə müqaviləsi başa çatan Robert Levandovski karyerasını MLS-də davam etdirməyə yaxındır.

Newsport.az xəbər verir ki, "Çikaqo Fayr" polaşlı forvardı heyətinə qatmaq istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

ABŞ klubu Levandovskiyə 2+1 illik müqavilə təklif edib. Azad agent statusunda olan 37 yaşlı hücumçu və onun agenti Pini Zahavi MLS klubuna mümkün keçidi müzakirə etmək üçün ABŞ-a səfər ediblər.

Qeyd edək ki, Robert Levadovski 2022-ci ilin yayından "Barselona"da çıxış edirdi. Ulduz futbolçu 2025/26 mövsümündə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right