53 yaşında futbola qayıtdı: tarixə düşmək istəyir

İngiltərə milli komandasının sabiq üzvü Stüart Pris 53 yaşında böyük futbola qayıdıb. 
Newsport.az-ın məlumatına görə, Pris İngiltərə XI liqasında mübarizə aparan "Lonqford” klubu ilə qısamüddətli müqavilə imzalayıb. 

Pris İngiltərə liqalarının ən pis  komandasdında oynamaq barədə qərar qəbul etməsini belə şərh edib: "Lonqford” klubu cari mövsüm ərzində keçirdiyi 19 oyunun hamısında məğlub olub. Komanda 3 qol vuraraq qapısında 183 qol görüb. İngiltərənin ən pis komandasında oynamaq mənim üçün maraqlıdı. Çalışdığım son üç baş məşqçi Ruud Qullit, Kenni Dalqliş və Harri Rednapp olub. İndi isə Nik Dounun futbolçusu olacam.”
 
Qeyd edək ki, Pris karyerası ərzində "Nyukasl", "Vest Hem" və "Mançester Siti" kimi klublarda çıxış edib. O, baş məşqçi kimi "Nottingem Forest", "Mançester Siti" və İngiltərənin U-21 yığmasını çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right