DÇ-2026: İngiltərə millisi soyğunçuluğa məruz qalıb

İngiltərə millisi 2026-cı il dünya çempionatında xoşagəlməz hadisə ilə üzləşib.

Newsport.az “Daily Mail”-ə istinadən xəbər verir ki, yığmanın avadanlıqlarının daşındığı furqondan futbol topları, oyunçuların butsları və məşq geyimləri oğurlanıb.

İngiltərə Futbol Assosiasiyasının nümayəndələri hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hazırda oğurluq faktı üzrə araşdırma aparılır.

İngiltərə millisi dünya çempionatının qrup mərhələsində Panama, Xorvatiya və Qana yığmaları ilə mübarizə aparacaq. Tomas Tuxelin rəhbərlik etdiyi komanda ilk oyununu iyunun 17-də, Xorvatiya yığmasına qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right