Fransa klubu Olise üçün 180 milyon avroluq təklif hazırlayır

Fransa millisinin və “Bayern”in futbolçusu Maykl Olise yay transfer dövrünün ən səs-küylü keçidi ola bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ 23 yaşlı vingeri heyətinə qatmaq üçün ciddi addımlar atmağa hazırlaşır. Paris təmsilçisinin Almaniya klubuna futbolçunun transferi üçün 180 milyon avro təklif etməyi planlaşdırdığı bildirilir.

Olisenin xidmətində təkcə PSJ maraqlı deyil. “Real” da fransalı futbolçunu transfer siyahısında saxlayır. Beləliklə, Avropanın iki top-klubu oyunçu uğrunda mübarizə apara bilər.

Olise ötən mövsüm “Bayern”in heyətində möhtəşəm çıxışı ilə diqqət çəkib. O, bütün turnirlərdə 52 oyuna çıxaraq, 22 qol vurub və 31 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı fransalı futbolçunun bazar dəyərini 150 milyon avro olaraq qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right