"Mançester Siti”nin futbolçusu Kevin de Brüynenin son durumuna aydınlıq gəlib.
Newsport.az saytının məlumatına görə, İngiltərə Liqa Kubokunda "Everton”la oyunda zədə alan futbolçu tibbi müayinədən keçib. Onun 6 həftə yaşıl meydanlardan kənarda qalacağı bəlli olub.
Bu barədə məlumatı futbolçunun meneceri də təsdiqləyib. Menecer də müştərinin uzun müddət yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.