Almaniya Bundesliqasına yüksələn "Şalke" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, Gelzenkirxen təmsilçisi "Frayburq"dan Junior Adamunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Şalke" Adamu üçün 800 min avro təzminat ödəyib. 25 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Junior Adamu ötən mövsümün ikinci yarısını icarə əsasında "Seltik"də keçirib. Avstriyalı futbolçu Şotlandiya təmsilçisinin heyətində keçirdiyi 6 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.