Məşhur məşqçi dünyasını dəyişdi

“Uotford”un sabiq futbolçusu və baş məşqçisi Kenni Ceket 64 yaşında dünyasını dəyişib.

Newsport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Uotford şəhərində anadan olan və bütün futbolçu karyerasını doğma klubda keçirən Ceket 428 oyunda meydana çıxıb. O, 1982/83 mövsümündə komandanın İngiltərə Birinci Divizionunda ikinci yeri tutan heyətinin üzvü olub, həmçinin 1984-cü ildə İngiltərə Kubokunun finalında iştirak edib.

Məşqçilik karyerasına da “Uotford”da başlayan mütəxəssis sonradan “Suonsi”, “Vulverhempton” və “Portsmut” kimi klublara rəhbərlik edib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right