Millətlər Liqası matçı azarkeşsiz keçiriləcək

İrlandiya və İsrail arasında Millətlər Liqası çərçivəsində keçirilməli olan matçın formatında dəyişiklik edilib.

Newsport.az xəbər verir ki, İrlandiya Futbol Assosiasiyasının (FAI) açıqlamasına əsasən, oyun neytral meydanda və azarkeşsiz, qapalı qapılar arxasında keçiriləcək.

Əvvəlcə görüşün oktyabrın 4-də Dublindəki “Aviva” stadionunda baş tutması planlaşdırılırdı. Lakin yaranmış vəziyyət və artan etirazlar fonunda qərar dəyişdirilib. İsrailin ev oyununun da sentyabrın 27-də neytral meydanda keçirilməsi gözlənilir.

FAI qərarı təhlükəsizlik məsələləri ilə əsaslandırıb. Bildirilir ki, müxtəlif tərəflərlə aparılan məsləhətləşmələrdən sonra bu addım atılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right