"Sabah"ın sabiq baş məşqçisini Azərbaycanda çalışmış rus əvəzləyəcək

"Sabah"ın sabiq baş məşqçisi Vasili Berezutskinin gedişindən sonra onu “Ural”da kimin əvəzləyəcəyi dəqiqləşib.

Newsport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sergey Yuran artıq Yekaterinburq klubu ilə anlaşıb. 

O, müqavilə üçün artıq Yekaterinburqa yollanıb. Yuran Rusiya klubu ilə bir illik müqavilə imzalayıb. 

Qeyd edək ki, ötən həftə “SKA Xabarovsk”la müqavilə imzalamış Yuran iki gündən sonra klubdan ayrılmışdı.

57 yaşlı mütəxəssis vaxtı ilə “Simurq”u çalışdırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right