Kurtua karyerasını başa vurur?

Belçika millisinin və “Real”ın qapıçısı Tibo Kurtua dünya çempionatından sonra yığma karyerasını başa vurmağı düşünür.

Newsport.az xəbər verir ki, 34 yaşlı qolkiper bu barədə “Reuters” agentliyinə açıqlamasında danışıb. O, turnirdən sonra milli komandadan ayrılma ehtimalının yüksək olduğunu bildirib.

2011-ci ildən Belçika millisində çıxış edən Kurtua indiyədək 109 oyun keçirib.

Təcrübəli qapıçı qeyd edib ki, hələ bir neçə il klub səviyyəsində oynamaq istəsə də, fiziki durumunu qorumaq üçün prioritetlərini yenidən dəyərləndirir. O, bəzi şərtlər altında qərarını dəyişə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Belçika millisi DÇ-2026-da Misir, İran və Yeni Zelandiya ilə eyni qrupda yer alır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right