Bellinqemin mövqeyi dəyişə bilər

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Cud Bellinqemi mərkəz hücumçusu mövqeyində oynatmağı nəzərdən keçirir.

Newsport.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. DÇ-2026 ərəfəsində komanda daxilində Harri Keynin arxasında “10 nömrə” mövqeyi ilə bağlı seçimlər müzakirə olunur.

Tuxel Bellinqemin hücumun mərkəzində və sərbəst rolda da oynaya biləcəyini istisna etmir və onu Kosta Rika ilə yoldaşlıq oyununda bu mövqedə sınaqdan keçirib.

Baş məşqçi bildirib ki, Bellinqem həm qol vurmaq, həm də hücumda sərbəst rol oynamaq bacarığına malikdir və onun Morqan Rocerslə birlikdə meydanda olması mümkündür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right