"Qalatasaray" PSJ-nin futbolçusu üçün hərəkətə keçdi

Yeni mövsümdən Çempionlar Liqasında mübarizə aparacaq “Qalatasaray” heyətini gücləndirməyi planlaşdırır.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi PSJ-nin futbolçusu Kanq-in Li üçün hərəkətə keçib.

"Qalatasaray" cənubi koreyalı 25 yaşlı vingeri icarəyə götürmək istəyir. Artıq klublar arasında danışıqlara start verilib. Linin PSJ ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. 

Qeyd edək ki, Cənubi Koreya millisinin üzvü “Valensiya”, “Malyorka”da oynadıqdan sonra 2023-cü ildə PSJ-yə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right