Kanada millisinin kapitanı Alfonso Devis DÇ-2026-nın açılış matçını buraxacaq.
Newsport.az xəbər verir ki, “The Athletic” nəşrinin məlumatına görə, “Bavariya”nın futbolçusu PSJ ilə Çempionlar Liqası yarımfinalında aldığı dizaltı vətər zədəsindən sonra hələ tam sağalmayıb.
Devis mayın 31-də Kanada yığmasının düşərgəsinə qoşulsa da, fərdi proqram üzrə məşqlərə davam edir.
Baş məşqçi Cessi Marş bildirib ki, futbolçunun vəziyyəti yaxşılaşsa da, hələ oyuna hazır deyil:
Qeyd edək ki, Kanada yığması bu gün Bosniya və Herseqovinaya qarşı DÇ-2026-nın ilk matçına çıxacaq.