“Neftçi”nin sabiq futbolçusu Julius Vobayın yeni komandası bəlli olub.
Newsport.az-ın məlumatına görə, Syerra Leone millisinin üzvü karyereasını Sloveniyada davam etdirəcək.
31 yaşlı yarımmüdafiəçi hazırda “Sloveniya” çempionatında lider olan “Olimpiya” klubu ilə razılığa gəlib.
Vobayın ötən gün komandanın məşqini izlədiyi və baş məşqçi Milan Mandariçlə görüşdüyü bildirilir. Onunla yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Vobay uzun müddətdir ki, klubsuzdur. O, ölkəmizdə "Neftçi"dən əlavə, "Xəzər Lənkəran"ın da formasını geyinib.