“Atletiko” icarə əsasında “Milan”dan heyətinə qatdığı Fernando Torresin xidmətində maraqlı deyil.
Newsport.az-ın məlumatına görə, bu barədə İspaniya mətbuatı xəbər yayıb. Həmkarlarımızın iddiasına görə, Madrid klubunun baş məşqçisi Dieqo Simeone “körpə” ləqəbli futbolçunun oyunundan razı deyil. Bu səbəbdən icarə müddəti bitdikdən sonra futbolçunun komandadan ayrılmasını istəyib.
Torres isə bir neçə gün əvvəl verdiyi açıqlamada “Milan”a qayıtmayacağını, Çindən super təklif aldığını söyləmişdi.
Qeyd edək ki, “Atletiko” məlum transfer qadağası səbəbi ilə fevral 2-dən etibarən iki transfer pəncərəsi dövründə heyətinə futbolçu qata bilməz.