Fabreqas: “Ehtiyatlı olmalıyıq”

“Komo”nun baş məşqçisi Sesk Fabreqas klubdan ayrılmaq niyyətində olmadığını bildirib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bunu söyləyib:

“Klubun prezidenti və direktorları ilə uzun bir görüş keçirdik. Növbəti mövsüm üçün konsepsiyanı təsdiqlədik. Burada olduğum üçün çox xoşbəxtəm. Hələ də çox şey öyrənirəm. Mentalitetimiz inkişaf edir.

Klubun böyüməsi çox sürətli olub, iki il yarımdır ki, gözləntiləri aşırıq. Bu gündən etibarən Avropada (UEFA Çempionlar Liqası) oynayacağımız çətin və qeyri-adi bir mövsümə hazırlaşmağa başlayırıq. Ehtiyatlı olmalıyıq. “Santyaqo Bernabeu”ya (“Real”la qarşılaşmaq üçün) və ya “Kamp Nou”ya (“Barselona” ilə oyun üçün) çatıb hazır olmasaq, altı qol buraxacağıq. Səviyyəmizi yüksəltməli və yaxşı hazırlaşmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right