"Fənərbaxça" "Real"ın qapıçısını transfer etmək istəyir

"Real"ın qapıçısı Andriy Lunin karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Fənərbaxça" ukraynalı qolkiperi trabnsfer etmək istəyir. istanbul klubunun prezidentliyinə namizədliyi açıqlayan Aziz Yıldırımın qapı xətti üçün prioriteti Lunindir. Madrid təmsilçisində əsas heyətdə az şans qazanan 27 yaşlı "əlcək sahibi" başqa kluba keçməyə isti yanaşır.

Qeyd edək ki, Andriy Lunin bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə keçirdiyi 12 oyunda qapısında 21 qol görüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right