"Napoli" Antonio Konte ilə bağlı qərar verib

Antonio Konte yeni mövsümdə də "Napoli"nin baş məşqçisi kimi işini davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentiisin mayın sonunda Konte ilə görüşü planlaşdırılıb.

56 yaşlı çalışdırıcının klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Onun mövsümlük maaşı 8 milyon avrodur. Konte 2024-cü ildən "Napoli"ni çalışdırır. 

Qeyd edək ki, "Napoli" bu mövsüm İtaliya çempionatında 36 turdan sonra 70 xal toplayaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right