İngiltərədə mövsümün baş məşqçisi adına namizədlər məlum oldu

İngiltərə Premyer Liqasında 2025/2026 mövsümünün ən yaxşı məşqçisi mükafatına namizədlər açıqlanıb.

Newsport.az xəbər verir ki, siyahıda 6 mütəxəssis yer alıb.

Bunlar Keyt Endryus ("Brentford"), Mikel Arteta ("Arsenal"), Maykl Kerrik ("Mançester Yunayted"), Xosep Qvardiola ("Mançester Siti"), Andoni İraola ("Bornmut"), Rejis Le Brisdir ("Sanderlend").

Hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə 36 oyundan 79 xalla "Arsenal" liderlik edir. "Mançester Siti" 2-ci (77), "Mançester Yunayted" isə 3-cüdür (65). Mövsümün bitməsinə 2 tur qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right