Valdes Belçika klubunda

İspaniya milli komandasının və "Mançester Yunayted”in qapıçısı Viktor Valdesin yeni klubu rəsmən bəlli olub.  34 yaşlı əlcək sahibi karyerasını Belçikada davam etdirəcək. 
Newsport.az-ın məlumatına görə, bu barədə "Mançester Yunayted”in rəsmi saytı məlumat yayıb. Belə ki, Valdes "Standart” klubu ilə münasivətlərini rəsmiləşdirib. O,  mövsümün sonunadək icarə əsasında "Standart”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Valdes karyerası ərzində "Barselona” və "Mançester Yunayted”də çıxış edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right