Emeri üçün "Real" iddiası

"Aston Villa"nı çalışdıran Unay Emeri "Real"ın baş məşqçisi postuna əsas namizədlərdən biri hesab olunur.

Newsport.az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.

La Liqa nəhənginin rəhbərliyi 54 yaşlı mütəxəssisi Alvaro Arbeloanı əvəz edə biləcək əsas namizədlərdən biri kimi dəyərləndirir.

Emeri 2022-ci ilin payızından etibarən İngiltərə klubunda çalışır və onun Birmingem təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Lakin mənbələrin məlumatına görə, ispaniyalı mütəxəssis "Real"ə keçid variantına isti yanaşır. "Aston Villa"nın üzləşdiyi maliyyə problemləri bu ehtimalı artırır.

Hazırda yekun qərar verilməyib. Lakin təcrübəli baş məşqçinin adı artıq Madrid klubunun qısa siyahısına daxil edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right