Türkiyə millisi iki yoldaşlıq oyunu keçirəcək

Türkiyə milli komandası dünya çempionatının final mərhələsinə hazırlıq çərçivəsində iki yoldaşlıqq oyunu keçirəcək.

Newsport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Vinçentso Montellanın rəhbərlik etdiyi kollektiv iyunun 1-də İstanbulda Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. "Ay-ulduzlular" beş gün sonra isə ABŞ-nin Fort-Loderdeyl şəhərində Venesuela seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right