"Ayntraxt" "Beşiktaş"dan 15 milyon avro tələb edir

İcarə əsasında "Nitsa"da çıxış edən Elye Vai karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Beşiktaş" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. 22 yaşlı hücumçunun müqavilə ilə məxsus olduğu "Ayntraxt" onun üçün 15 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, Elye Vai bu ilin yanvarından "Nitsa"da çıxış edir. O, Fransa təmsilçisinin heyətində keçirdiyi 15 oyunda 7 qol vurub, 2 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right