“Barselona”dan “El Klasiko”ya xüsusi forma

"Barselona"  "Real"la növbəti qarşılaşmaya yenilənmiş forma ilə çıxacaq.

Newsport.az xəbər verir ki,Kataloniya klubunun formasında amerikalı müğənni və aktrisa Olivia Rodriqonın loqosu yer alacaq. O, “Drivers License”, “Vampire” və “Good 4 U” hitləri ilə geniş populyarlıq qazanıb.

Məlumata görə, bu addım klubun titul sponsoru olan Spotify ilə əməkdaşlıq çərçivəsində atılıb. “Barselona” ənənəvi olaraq “El Klasiko” matçlarında standart loqonu məşhur ifaçıların simvolları ilə əvəz edir. Daha əvvəl komandanın formasında Drake, Rosalía, The Rolling Stones və Karol G kimi məşhurların loqoları yer alıb.

Qeyd edək ki, “Barselona” – “Real” oyunu mayın 10-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right