Dortmund "Borussiya"sı "Fənərbağça"nın futbolçusu Nene ilə maraqlanır

Almaniyanın "Borussiya" (Dortmund) klubu Türkiyə təmsilçisi "Fənərbağça"nın futbolçusu Dorjeles Nene ilə maraqlanır.

Newsport.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

Bundesliqa klubu 23 yaşlı yarımmüdafiəçi üçün ilkin müraciət də edib.

"Fənərbağça" Malidən olan oyunçunu 25 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil.

Xatırladaq ki, Dorjeles Nene ötən ilin avqustunda "Fənərbağça"ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right