“Mançester Yunayted”in hücumçusu Benjamin Şeşko klubdakı vəziyyətini və komandanın oyununu dəyərləndirib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, sloveniyalı forvard komandanın çıxışından məmnun olduğunu bildirib:
“Düşünürəm ki, biz çox yaxşı oynayırıq. Qarşıda hələ bir neçə oyun var, amma hesab edirəm ki, işimizin öhdəsindən gəlirik. Komandada əla ab-hava var. Mən burada çox şey öyrənir, təcrübə qazanıram. Heyətdə möhtəşəm oyunçular və güclü məşqçi heyəti var”.
22 yaşlı futbolçu “qırmızı şeytanlar”a 2025-ci ilin yayında, “Leyptsiq”dən transfer olunub. O, İngiltərə təmsilçisinin heyətində bütün turnirlərdə 30 oyuna çıxaraq, 10 qol vurub və 1 məhsuldar ötürmə verib.
Şeşkonun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.