“Barselona” braziliyalı hücumçunun transferində maraqlıdır

“Çelsi”nin hücumçusu Joao Pedro İspaniya La Liqasına keçə bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” braziliyalı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaqda maraqlıdır.

Pedro 2025-ci ildə 63 milyon avroya “Brayton”dan “Çelsi”yə keçib. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 30 iyun 2033-cü ilə qədərdir.

24 yaşlı forvard bu mövsüm bütün yarışlarda 45 oyuna çıxıb, 19 qol vurub və 9 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right