"Barselona”nın və Argentina milli komandasının üzvü Xavyer Maskerano şok cəza ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, vergidən qaçdığına görə, uzun müddətdir dindirilən futbolçu bu gün məhkəmə qarşısında cavab verib.
Məhkəmənin qərarına əsasən ulduz futbolçu bir illik həbs cəzası ilə məhkum olunub.
İspaniya mətbuatında yer alan xəbərə görə, Maskeranonun vəkilləri cəzanın pul cəzasına keçirilməsi üçün meraciət edib.