"Real"ın baş məşqçisi Alvaro Arbeloa komandasının çempionluq şanslarını qiymətləndirib.
Newsport.az xəbər verir ki, Madrid təmsilçisi 32 turdan sonra La Liqada lider "Barselona"dan 6 xal geridədir və 73 xalla 2-ci yerdədir. Lakin Kataloniya təmsilçisi 1 oyun az keçirib.
Arbeloa isə hələ təslim olmadıqlarını deyib: "Bacardığımız qədər mübarizə aparacağıq. Ümid edirəm ki, əzab-əziyyətli olmayacaq. Komanda qalan bütün oyunlarda qalib gəlməyi qarşısına məqsəd qoyub.
Rəqibin kimliyindən asılı olmayaraq, hər oyunda mübarizə aparmalıyıq. Özümüzdən daha çox şey tələb etməli və qalan 6 matçın hamısında qalib gəlməliyik".