Fransa millisinin hücumçusu "Mançester Yunayted"ə keçə bilər

"Bornmut"un hücumçusu Eli Junior Krupi Premyer Liqada klubunu dəyişə bilər.

Newsport.az xəbər verir ki, "Mançester Yunayted" fransalı forvardı transfer etmək istəyir. Bu barədə "Football Insided" məlumat yayıb.

Klubu 19 yaşlı futbolçunu satmağın əleyhinə deyil. Onlar Fransa U-21 millisinin üzvü üçün 50-60 milyon funt-sterlinq tələb edəcəklər.

Qeyd edək ki, "Bornmut" Eli Junior Krupini 2025-ci ilin fevralında "Loryen"dən transfer edib. Gənc hücumçu bu mövsüm Premyer Liqada meydana çıxdığı 28 matçda 10 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right