"Mançester Yunayted"in üç müdafiəçisi "Çelsi"yə qarşı oynamayacaq

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 33-cü turunda səfərdə "Çelsi"nin qonağı olacaq.

Newsport.az xəbər verir ki, "qırmızı şeytanlar" Londondakı matçı ciddi itkilərlə çıxacaq. Üç mərkəz müdafiəçisi komandaya kömək edə bilməyəcək.

Leni Yoro zədəlidir. Harri Maquayr və Lisandro Martines isə cəza səbəbindən komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Çelsi" - "Mançester Yunayted" qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right