Bir vaxtlar Azərbaycanın "Simurq” klubunun baş məşqçisi olmuş Sergey Yuranının yeni iş yeri bəlli olub.
Newsport.az saytının məlumatına görə, 46 yaşlı mütəxəssis Ermənistanda çalışacaq.
Rusiyalı mütəxəssis "Mika” klubu ilə münasibətlərini rəsmiləşdirib. O, cari ilin iyun ayınadək Ermənistan klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Yuran 2011-ci ildə "Simurq”u çalışdırıb.