"Qaziantep"ın baş məşqçisi Burak Yılmaz istefa verib.
Newsport.az xəbər verir ki, bu barədə 40 yaşlı mütəxəssis özü açıqlama verib.
Türkiyəli çalışdırıcı Super Liqanın XXIX turunun "Rizespor"la matçından (1:2) sonra istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, Burak Yılmaz 2025-ci ilin dekabrından "Qaziantep"in baş məşqçisi vəzifəsində çalışırdı.